Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gün ərzində altı qramdan artıq istifadə ETMƏYİN

  • 2019.09.07 09:20
  • 6258 Baxış
Gün ərzində altı qramdan artıq istifadə  ETMƏYİN
Duzun normal miqdarda istifadəsinin insanın ürək-damar sisteminə mənfi təsiri cüzidir. Medicina.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa Kardioloqlar Cəmiyyətinin hesabatında deyilir. "Tədqiqatımızın nəticələri duzdan istifadə ilə ürək-damar xəstəlikləri və ya ölüm arasında əlaqəni öyrənən elmi işlərin əksəriyyətinə uyğundur. Tədqiqatlar hətta az miqdarda duzun da zərərli olması barədə geniş yayılan mənfi mifi təsdiqləmir”, - deyə Kanadanın McMaster universitetinin professoru Səlim Yusif bildirib. Onun sözlərinə görə, gün ərzində yalnız altı qramdan artıq duzun istifadəsi səhhətə mənfi təsir göstərə bilər. Səlim Yusif, həmçinin ürək-damar xəstəliklərinə müsbət təsir göstərən faydalı maddələrin təkcə meyvələrdə deyil, həm də çərəzlərdə, süd məhsullarında və qırmızı ətdə də mövcud olduğunu qeyd edib.