Bir insanın gülümsəyə bilməməsi artıq nsultdan xəbər verə bilər.
Belə bir vəziyyətdə bir insanı xilas etmək üçün ona nə qədər tez profisional yardım göstərildiyi prinsipial əhəmiyyət kəsb edir.
“Medicina” xəbər verir ki, nevroloq Petr Sokovun sözlərinə görə, ilk 10 dəqiqədə insanın insult keçirdiyini görmək əhəmiyyətlidir.
Diqqət yetrilməli əlamətlər bunlardır:
Gülümsəmək - insanın gülümsəməməsi insultdan xəbər verə bilər. Əgər bir şəxs bunu edə bilmirsə, ağzının küncləri aşağı qalırsa və ya ağzı bükülürsə, təcili yardım çağırmalısınız.
Hərəkət - insult zamanı insan bədənin hər iki yarısını idarə edə bilməz - məsələn, eyni anda iki qolu qaldıra və ya onlarla bir şey edə bilməz. Bədənin bir yarısı idarəolunmaz hala gəlir.
Artikulyasiya - insult keçirən insan düzgün danışa bilmir, məsələn, adının tam verilməsi və ya kiminsə arxasınca bir cümlə təkrarlaması problemə çevrilir.
Qərar - kömək etmək qərarı tez verilməlidir. Yuxarıda göstərilən simptomlardan ən azı biri özünü göstərirsə, təcili yardım çağırılmalıdır.
Bir insanın ürək döyüntüsü varsa, normal nəfər alarsa, onda heç bir əlavə yardım göstərməyə ehtiyac yoxdur. Tövsiyə olunan yeganə şey onu yan tərəfə rahat bir vəziyyətdə qoymaqdır” .
Günay Quluzadə