Hər gün 15-20 dəqiqə gülmək, xüsusən ürəkdən gülmək qanda xolesterini salır, ürək xəstəliklərinin qarşısını alır.
"Medicina" xəbər verir ki, Yapon alimlərinin apardığı təcrübə çox gülən insanların qanında xolesterinin az olduğunu, damarlarının daha sağlam olduğunu göstərib.
Az gülən, heç gülməyən insanlar isə 20% daha çox ürək xəstəliyindən əziyyət çəkir.
Zarafat sevən, gülən, pozitiv adamların ürəklər kardio məşq edir.
Gülüş stresi azaldır, damarların spazmının qarşısını alır.
Ona görə də ürək üçün pulsuz dərman gülüşdür.
Əgər həyatınızda gülüş gətirəcək məqamlar yoxdursa, hər gün 20 dəqiqə gülməli video, zarafat və komediyalara baxın.
Gülməli videolara baxanda qan damarları boşalır, azot hasil edir, bu da təzyiqi normallaşdırır.
Azot sintezi tromba qarşı təsir edir.
Texas universitetin alimləri isə gülməli videoya baxan anda arteriyaların vəziyyətinin yaxşılaşdığını bildirir.
Aygün Musayeva