Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gülmək bu qadına qadağandır - 50 mində bir rast gəlinən xəstəlik/FOTO

  • 2017.11.06 16:45
  • 17760 Baxış
Gülmək bu qadına qadağandır -  50 mində bir rast gəlinən xəstəlik/FOTO
3 uşaq anası amerikalı Ancela Çapman 50 mində bir adamda rast gəlinən Spontan intracranial hipotension xəstəliyindən əziyyət çəkir. 

Medicina.az xəbər verir ki, təzyiq azlığı səbəbindən qadının beyninin içində çöküntü yaranıb. Nəticədə beyin mayesi su keçirməyən beyin zərində deşik açaraq axmağa başlayıb. Güclü ağrıdan əziyyət çəkən qadın 6 saat ərzində tərpənmədən yatmaq məcburunda qalıb. Xəstəlik qadında unutqanlıq yaradıb.

Həkimlər sızıntıya nəyin səbəb olduğunu bilməsələr də, qadının doğumundan sonra başladığını və bu halın beyini yorduğunu ehtimal edirlər.

Qadının hazırda ən böyük qorxusu 25 illik həyat yoldaşını unutmasıdır.

Qeyd edək ki, həkimlər qadına gülməyi də qadağan ediblər. Çünki bu hal qadında dözülməz ağrılara səbəb olur.