Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Güləndə başı, beyni sancan qadında bu xəstəlik tapıldı – Ölümdən qurtuldu

  • 2020.02.06 17:45
  • 5496 Baxış
Güləndə başı, beyni sancan qadında bu xəstəlik tapıldı –  Ölümdən qurtuldu

Məlumdur ki, gülüş ömrü uzadır. Bu hadisədə isə gülmək qadını ölümdən xilas edib.

Medicina.az xəbər verir ki, İsraildə 46 yaşlı Qalit Avraam xəstəxanaya maraqlı şikayətlə baş vurub.
O, həkimə deyib ki, hər dəfə güləndə kəskin baş ağrısı, sanki beyinin içində sancı hiss edir.

Qadın baş beyin MRT-dən keçirilir və ondan serebral anevrizma aşkarlandı. Təcili əməliyyat olunan qadın xilas edilib.

Xəstə bildirib ki, 6 ay idi ki, ürəkdən güləndə başgicəllənmə, ağrı, gözümə vuran sancı hiss edirdim. Əvvəl bunu normal qarşılasam da, ailəm hər dəfə güldükdə nə hallara qaldığımı gördükdə artıq vəziyyətin həkimlik olduğunu anladıq.

Əməliyyat həkimi, professir Koen bildirib ki, xəstədə mərkəzi anevrizma gündən günə böyüyürdü. Onun ölçüsü beynin strukturunu sıxırdı və həyəcanlı simptomlar verirdi. Anevrizma istənilən an partlayıb, xəstəni öldürə bilərdi. Yaxşı ki, vaxtında xilas olundu”.

Anevrizma baş beyin damarlarının şişkinliyidir. Damarda müəyyən hissə torbalanır, şişir və yırtılaraq partlayır.