Əməkdar artist Gülbahar Şükürlünün səhhətində yenidən problem yaranıb.
Medicina.az xəbər verir ki, bu haqda "Elgizlə izlə" verilişində deyilib. Bildirilib ki, qarmon ifaçısının beynində yeni törəmə aşkarlanıb. Daha sonra isə şişin xoşxassəli olduğu, təhlükəli xarakter daşımadığı əlavə olunub.
Qeyd edək ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.