Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün xəstəliyi yenidən şiddətlənib.
Bakupost.az xəbər verir ki, bu haqda Axşam.az-a açıqlama verən qarmon ifaçısı bildirib ki, yenidən kimyaterapiya alır:
"Bu xəstəlik canımda var, getmir. Yenidən kimyaterapiyalara başlamışam. Yaxşıyam".
G.Şükürlü aparıcı Zaur Kamalın efirdə onun üçün sənət adamlarından maddi dəstək istəməsinə də münasibət bildirib:
"Bu, mənim istəyimlə olmayıb. Zaur dəfələrlə efirə qonaq çaöırdı, getmədim. Küsdü, mən də açıb dedim ki, kimyaterapiya alıram. Müalicə bahalıdır. Zaur da canı yanıb, belə bir addım atıb. Efirdə deyib ki, sənət adamları dəstək olsunlar".
Qeyd edək ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.