Onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist, qarmon ustadı Gülbahar Şükürlü evə buraxılıb.
Bununla bağlı G.Şükürlünün köməkçisi Bizim.media-ya açıqlamasında danışıb:
“Gülbahar xanımın vəziyyəti ağırlaşdığı üçün ötən həftə xəstəxanaya yerləşdirilmişdi. Həkim müdaxiləsindən sonra vəziyyəti normallaşıb və evə buraxılıb. Özünü ötən günlərə baxanda daha yaxşı hiss edir. Müalicələri həkim nəzarətində ev şəraitində davam edir”.