Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gül kələmi və brokollidən salat – Uşaqlara da hazırlayın

  • 2019.06.08 17:33
  • 11863 Baxış
Gül kələmi və brokollidən salat –  Uşaqlara da hazırlayın
Gül kələmi, brokkoli azərbaycanlıların mətbəxinə son bir neçə ildə aktiv daxil olub. Hələ də çox xanımlar ondan nə hazırlayacaqlarını bilmir, ailə üzvləri isə dadsızdır deyib yemir.


Medicina.az həm uşaqlar, həm zərif olmaq üçün qadınlara vacib, bu  2 kələm növündən olan salat reseptini təqdim edir. Kişilər bəyənməsə də olar.


Ərzaqlar:


Soğan -1 ədəd

Kiçik brokkoli

Kiçik gül kələmi

Duz, istiot

Sous üçün: xama, mayonez – hərəsindən 3 qaşıq


Hazırlanması:


Kələmlər yuyulur, bütöv halda qaynar suya salınıb, 2 dəqiqə saxlanılır, sonra gül hissələri gödvədən kiçik hissələrə ayrılır. Soğan da yarımhalqa doğranılıb, qarışdırılıb, duz-istiot vurulur. 


Xama ilə mayonez qatılır, istəsəniz içinə sarımsaq, paprika, göyərti əlavə edirsiz. 

Bu sous salata qatılıb, qarışdırılır.


15 dəqiqə kənarda saxlayın ki, sous hopsun ki, salat bərk olmasın.