Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gücsüz, yorğun və halsızsan? – Bu möcüzə cövhəri iç

  • 2019.05.20 21:11
  • 32728 Baxış
Gücsüz, yorğun və halsızsan? –  Bu möcüzə cövhəri iç
Bu reseptə ölünü belə dirildirən şərab deyirlər. Bu şərab gicitkan toxumlarından hazırlanır. İnsana güc, enerji, avitaminozda vitamin ehtiyatı verən içkini evdə asanlıqla hazırlamaq olar.


Medicina.az xəbər verir ki, tükənmişlik sindromu, halsızlıq, yorğunluqdan əziyyət çəkən insanlar üçün ən yaxşı vasitə hesab olunan bu cövhəri hazırlamaq çətin deyil.


10 xörək qaşığı gicitkan toxumunu taxta həvəngdəstədə döyüb  əzirsiz. 

Üzərinə 200 ml ağ quru şərab əlavə edilir. 

Bu qarışım 10 gün qaranlıq şkafda saxlanılır. Hər gün butulu götürüb çalxalamalısız.


Şərab hazır olan kimi onu bir neçə qat tənzifdən süzüb təmizləyirsiz. Sonra zəif odda 5 dəqiqə qaynadıb, yenidən süzürsüz. 

Cövhəri saxlayacağanız butulu qaynar su ilə yuyub, ora 1 çay qaşığı limon turşusu tökürsüz. Daha sonra cövhəri bura əlavə edirsiz və içinə 2 çay qaşığı duru arı balı tökürsüz. 


Yaxşıca çalxalayıb, ağzını mğhkəm bağlayırsız.  Onu soyuducuda saxlamalısız. Hər gün 20 ml yeməkdən öncə içirsiz.

Kurs 1 aydır