Xoruldayan insanlarda xərçəng olma riski yüksəkdir.
"Medicina" xəbər verir ki, bu qənaətə İsveç alimləri gəlib.
Yuxuda obstruktiv apnoe - el dilində xoruldama təbəffüsün pozulmasına səbəb olur.
Simptom yuxuda tənəffüs yollarının müvəqqəti və qısa müddətə tutulmasından yaranır.
Bu səbəbdən insan tez-tez oyanır, yenidən yuxuya gedir.
Nəinki özü, yanında yatanlar da narahat olur.
Ayrılıqda xorultu infartk və insulta da səbəb ola bilər.
Amma alimlər 62 min nəfər xoruldayan pasiyentin üzərində aparılan təcrübə zamanı bu insanların 25%-də xərçəng riskinin olduğunu aşkarlayıb.
Xoruldama zamanı beyində oksigen aclığı yaranır, ona görə hüceyrələrdə metobolik pozulma baş verir.
Oksigen aclığının xərçəng riskini artırdığı məlumdur.
Artıq çəkili, burnunda problem olan, diabetlər, siqaret çəkənlərdə apnoe daha çox rast gəlinir.
Aygün Musayeva
Bu da yalandır.Uzun ömür sürən qocaların əksəriyyəti xoruldayır.