Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Güclü sususzluq xəstəlik əlaməti ola bilər

  • 2023.07.05 18:21
  • 1169 Baxış
Güclü sususzluq xəstəlik    əlaməti ola bilər
Güclü susuzluq hissi diabet, vitamin çatışmazlığı və şişlərin əlaməti ola bilər.

Daim suya ehtiyacı olduğunu hiss edən hər həkimə müraciət etməlidir.


“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, susuzluq hissimiz əsasən beynin hipotalamus adlanan sahəsi tərəfindən tənzimlənir. Qandakı duzların və digər molekulların konsentrasiyasına reaksiya verir.

“Əgər qanımız çox konsentrədirsə, qatıdırsa və buna görə də çox az su ehtiva edirsə, beyindəki reseptorlar aktivləşir ki, bu da bizə təcili olaraq içməli olduğumuzu bildirir.

Yalnız su içmə həmişəkindən fərqli olaraq nəzarətdən çıxırsa, bu, artıq təhlükədən xəbər verir.

Orta hesabla kişilər və qadınlar gündə 1,5-2 litr suya ehtiyac duyurlar. Nə qədər məşq etdiyinizdən və nə qədər tərlədiyinizdən asılı olaraq, bəzən daha çox ola bilər.

Özünüzü "daha çox içməyə" məcbur etsəniz, bu, problemə çevrilə bilər, çünki nəticədə bədənimizdə çox az duz olur.

Susuzluq hissini artıran müxtəlif xəstəliklər var. Çox əhəmiyyətli bir səbəb diabetdir. Məsələ burasındadır ki, qan şəkərimiz çox yüksəkdirsə, Konsentrasiyanı tənzimləmək üçün hipotalamus susuzluğa təkan verir.

Diabetə əlavə olaraq, digər xəstəliklər, qida çatışmazlığının simptomları və ya hətta şişlər susuzluğun artmasına səbəb ola bilər”.

Aygün Musayeva