İnsanın immun profili mütəmadi stress, həyəcan, fikir çəkməkdən zəifləyir.
Bakupost.az xəbər verir ki, Cənubi Karolina universitetinin alimləri immun sistemin tez qocalmasının ürək-damar, xərçəng, müxtəlif şişlər və virus infeksiyalarının inkişafını artırdığını bildirib.
İnsan yaşlandıqca immun sistem təbii olaraq aktivliyini itirir, buna immunosenessensiya deyilir.
Qanda tükənmiş leykositlər çoxalır, təzə, güclü leykositlər defisit olur. Nəticədə yaşlı insanın bədəni xəstəliklərə açıq qapıya çevrilir.
İmmun qocalma nəticəsində defekt hüceyrələr aktivləşir, xərçəng yaranır. Lakin bu təkcə xərçənglə bitmir, ürək-damar, pnevmoniya, orqanların müxtəlif xəstəlikləri də baş verə bilir.
Tədqiqatçılar 50 yaşdan yuxarı 5744 nəfərin tibib məlumatlarını analiz edib.
Onlar stress səviyyəsinə görə sorğudan da keçirilib.
Daha sonra hər birinin qanı sitometriya metodu ilə təhlil olunub.
Məlum olub ki, güclü stress göstəricisi olanların immun profili daha qocadır və yüksək səviyyədə köhnə leykositar formulu var.
Stress hətta içki, siqaret və artıq çəkidən də çox immun sistemi qocaldır.
Stress aktiv T hüceyrələrin ehtiyatını tükədir.
Aygün Musayeva
BakuPost