Güclü emosional gərginlik və stress keçirən insanlarda güclü baş ağrıları ola bilər.
"Medicina" xəbər verir ki, bu barədə psixiatr Artyom Qilev deyib.
"Psixoemosioanal gərgin insanlar adətən belə şikayətlənir ki, sanki başımızı dəmir kaska sıxır, məngənədədir.
Xəstələrə ağrıkəcisi belə təsir etmir.
Analiz və nevroloq müayinəsi ciddi pozuntu tapmır.
Məkum olur ki, stress və depressiv fonda başda gərginlik, spazm və ağrı yaşayır.
Belə ağrıları ağrıkəcisi dərman, iynə aparmır. Xəstə gərək psixiatrik müalicə alsın, emosional vəziyyəti düzəlsin ki, bu baş ağrıları da itsin.
Ona görə belə xəstələrə psixiatr və psixoterapevt müalicəsi tövsiyə edəndə, imtina edib, digər həkimlərdə baş ağrılarının səbəbini uzun müddət axtarmağı tövsiyə etmirik".
Aygün Musayeva