Hazırda bir çox insanlar beynində, başında sanki küy, səs olduğundan şikayətlənir.
Otolarinqoloq Vladimir Zayçev qulaqlarda cingilti və səs-küyün mümkün səbəblərini sadalayıb.
"Medicina" xəbər verir ki, bunların arasında birinci yeri stress, yüklənmə və beyin xəstəlikləri tutur.
Həkim qeyd edib ki, qulaqlarda tez-tez səs-küyün eşidilməsi qan təzyiqinin kəskin artması və ya əksinə, düşməsi ilə izah olunur.
Mütəxəssis əlavə edib ki, bu əlamətlər güclü əsəb və psixoloji gərginlik, stress, həddən çox işləməklə də əlaqədar ola bilər.
Bundan əlavə, beyin xəstəlikləri, o cümlədən beyin xərçəngi diaqnozu qoyulan xəstələrdə də yaranır.