Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Güclü öskürəyi necə müalicə etməli? – Azərbaycanlı həkimdən 4 tövsiyə

  • 2021.12.22 15:19
  • 2674 Baxış
Güclü öskürəyi necə müalicə etməli?  – Azərbaycanlı həkimdən 4 tövsiyə


Qışda çox insanlarda öskürək tutmaları artır. Bunun çox səbəbləri var. Amma istənilən öskürəyi əvvəlcə dərman olmadan, təbii vasitələrlə yumşaltmağa başlamaq lazımdır.

Medicina.az xəbər verir ki, həkim reanimatoloq-anestezioloq Şahin Məmmədov öskürək müalicəsində səhvlərdən danışıb.

“Öskürək təzə başlayıbsa, əvvəlcə maye qəbul edin. Yaşlılarda susuzluq hissiyyatı itdiyinə görə dehidratasiyaya tez məruz qalırlar. Amma sutkada 2 litrdən çox maye lazım deyil. Dəfələrlə bunu qeyd etmişəm, covid müalicəsində restriktiv strategiya ilə maye verilməlidir. Maye bəlğəmi yumşaltmağa və asan xaric olmağa kömək edəcək.

Dərmansız vasitə kimi bal, ya doşabdan istifadə edin. Balın öskürək əleyhinə təsiri sübut olunub və hazırda protokoldadır. 1 çay qaşığı bal gündə 4-5 dəfə verə bilərsiz.

Sadəcə, bilin ki bal 1 yaşa qədər uşaqlara olmaz. Botulizm təhlükəsinə görə.
Bunlar kömək etməzsə…

Kodein 15-30 mg dozada gündə 4 dəfə vermək lazımdır. Əgər öskürək çox güclüdürsə 30-60 mg a qədər dozanı qaldırıb gündə 4 dəfə verə bilərsiz. Maksimal doza 1 gündə 240 mg.

Dərman kimi kodein ilk seçimdir. Amma xəstəxanalarda və təcili yardım həkimləri tərəfindən morfin yarım ml (5 mg) gündə 2 dəfə xəstələrə vurulmaqla da öskürəyi kəsə bilərlər.

Unutmayın ki, bronxektaziya ve xronik bronxiti olan insanlara öskürəyi mərkəzdən tam söndürmək məsləhət deyil”.