Koronavirusun dərmanlarla müalicəsi, həmçinin antikorlarla plazma istifadəsi yeni ştammların və mutasiyaların yaranmasına səbəb olur.
Medicina.az məlumatına görə, professor Anç Baranova bildirib ki, İngiltərədəki koronavirus çeşidi daha yoluxucudur, lakin bu, onun daha təhlükəli olduğu anlamına gəlmir. Bununla birlikdə bioloq xatırladıb ki, patogenin dəyişikliklərə uğraması insanın daxilində uzun müddət qalıb inkişaf etməsi və təkamülü nəticəsində baş verir. Bu prosesi isə müalicədə istifadə olunan dərmanlar daha da sürətləndirir. Baranovanın dediyinə görə, xəstənin bədənində virusun uzun müddət olması immunitetin azaldığını göstərir. HİV və ya orqan köçürülməsi vəziyyətində həkimlər bunu dərman vasitəsi ilə basdırırlar.
“Bu cür terapiyanın istifadəsi düzgündür, ancaq virusun bədəndə daha çox qalmasına şərait yaradır. Bədənin virusu təmizləməsi üçün çox vaxt lazımdır. Mutasiyalar spesifik müalicədən də, məsələn, çox sayda antikor olan plazma istifadəsindən də təsirlənir. Koronavirusla mübarizədə istifadə olunan “Areplivir”, “Coronavir” və ya “Remdesivir” kimi məşhur dərmanlar zəif patogenləri məhv edir, güclü olanlarsa bədəndə qalır və inkişafına davam edir. Sonra sağalmış serumu əlavə edirik, standart bütöv virusları vuracağıq, lakin perspektivli mutantlar qalacaq və dünyaya yayılacaq”