Fevralın 9-dan Yer kürəsini maqnit qasırğası vurub. Belə ki, Günəşdə M5.18 güclü partlayışdan sonra daha zəif (M3.49) partlayış qeydə alınıb. Bununla belə, son plazma partlayışı əvvəlkinin təsirini gücləndirib - yüklü hissəciklərin axınları birləşib.
Bakı vaxtı ilə 17:00-dan gecə yarısına kimi maqnit sahəsində rəqslərin gücü 3 bal təşkil edəcək. “Çalxalanmalar” isə artıq başlayıb və Bakı vaxtı ilə 17:00-a qədər olacaq. Bu zaman geotəsirlərin gücü zəif maqnit qasırğası üçün xarakterik olan 4 bala çatacaq.
Maqnit qasırğalarından ilk növbədə yaşlılar və uşaqlar, xroniki xəstəliyi olanlar əziyyət çəkirlər.
Bu günlərdə maksiumum ev şəraitində, sakit ab havada olmaq, az yemək, yaxşı yatmaq lazımdır.
Aygün M