Güclü maqnit qasırğası başladı - DİQQƏT

  • 2024.09.17 08:58
  • 570 Baxış
Güclü maqnit qasırğası başladı -  DİQQƏT
Yer kürəsində güclü maqnit qasırğası başlayıb

Medicina.az -ın məlumatına görə, bu barədə TASS "Fobos" Hava Mərkəzinə istinadən xəbər verir.

"Yer kürəsində çox güclü maqnit fırtınası var! Gözlənilən güclü maqnit fırtınası gecikmə ilə başladı", - Mərkəzin mütəxəssisi Mixail Leus qeyd edib.

O əlavə edib ki, fırtına Bakı vaxtı ilə 07:00-dan sonra başlayıb və günün ikinci yarısında bitməlidir. Təbiət hadisəsinin sinfi hazırda G4 kimi qiymətləndirilir və tədricən zəifləyəcək.