Yaxın günlərdə Yerdə maqnit qasırğası gözlənilir.
Medicina.az xəbər verir ki, bu barədə "Fobos” hava mərkəzi məlumat yayıb. Məlumata görə, yerə çatacaq yeni günəş küləyi oktyabrın 13-14-də növbəti maqnit qasırğasına səbəb olacaq.
Sinoptiklər həmin günlərdə kommunikasi vasitələri və müxtəlif elektron avadanlıqlarında nasazlıqların ola biləcəyini, həmçinin texnogen qəzaların yarana biləcəyini xəbərdarlıq edirlər.
Maqnit qasırğası insanlarda baş ağrıları, miqren, ürək döyünmələri, yuxusuzluq, təzyiq düşməsi ilə müşahidə olunur.