Sumqayıtda 12-ci mikrorayon ərazisində sınan ağac 10 yaşlı uşağın üstünə düşüb.
Medicina.az xəbər verir ki, Sumqayıt şəhər xəstəxanasına çatdırılan uşağa qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti orta-ağırlıqdadır.