Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bu barədə
Medicina.az -a Səhiyyə Nazirliyindən məlumat verilib.
Onlardan 5-i kişi, 6-sı qadındır.
Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.