Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Güclü külək neçə gün davam edəcək? - Proqnoz

  • 2022.01.08 16:31
  • 2273 Baxış
Güclü külək neçə gün davam edəcək? -  Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvarın 8-nə olan məlumata əsasən, səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 20 m/s-dək güclənib, Altıağacda 23 m/s qeydə alınıb.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir.

Gün ərzində küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, gecəyə doğru isə tədricən 18-20 m/s olacaq.

Küləkli hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Yanvarın 8-dən 9-na keçən gecə 8-13 m/s-dək mülayimləşəcək.