Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
noyabrın 5-də səhər yağışın tədricən kəsiləcəyi, günün ikinci yarısında havanın
dəyişkən buludlu olacağı,yağmursuz keçəçəyi gözlənilir. Mülayim cənub
küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 15-17, Bakıda
gecə 9-11, gündüz 15-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa
enəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında havayağmursuz keçəcək, lakin gecə və səhər
Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman
olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3
dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim gilavar
küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda
narahatlıq yarada bilər.