Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Güclü əsnəmək hansı xəstəlikdən xəbər verir?

  • 2024.12.25 15:57
  • 374 Baxış
Güclü əsnəmək hansı xəstəlikdən xəbər verir?

İlk baxışdan zərərsiz görünən əsnəmə bir neçə xəstəliyin əlaməti ola bilər. Əsnəmə təkcə yuxusuzluq və yorğunluq əlamətidir?

“Medicina” xəbər verir ki, həkim terapevt Nadejda Çernışeva bu barədə danışıb.


“İlk növbədə tez-tez dərindən əsnəmə, məsələn gün ərzində 20 dəfədən çox əsnəmə xroniki yorğonluq, fiziki və zehni yorğunluqdan, buna rəğmən kifayət qədər dincəlməyin olmamasından irəli gəlir.

Bu yorğunluq ondan irəli gəlir ki, insan gündə 8 saatlıq yuxunu yatmır və ayda 2 bazar günü etmir.

Eləcə də əsnəmək nevroz, təşviş pozuntusu, depressiya, apnoe sindromunda ola bilir.

Digər səbəb şəkərli diabetdir.

Bu ona görə baş verir ki, qlükoza orqanizm tərəfindən mənimsənilmir və orqanizə enerji yetmir.

Əgər insan səbəbsiz və qəfildən əsnəməyə başladısa, eləcə də qolunu qaldıra və danışa bilmirsə, bu insultdur, təcili yardım çağırmaq lazımdır.
Psixoterapevt İrina Kraşkina bildirib ki, orqanizm çox yorulanda qeyri-standart siqnallar ötürməyə başlayır.


Tez-tez əsnəmə beyin yorğunluğu, yuxusuzluq və qeyri-düzgün tənəffüs səbəbindən ola bilər.

Əgər siz 1 həftədir tez-tez əsnəyirsizsə və bu dayanmırsa, həkimə müraciət edin”.


Aygün Musayeva