Bədənin olduğu məkanda oriyentasiyasının pozulması, başgicəllənmə, ətrafdakı əşyaların sanki hərlənməsi – vertiqonun 80 ciddi və yüngül səbəbi var.
Medicina.az xəbər verir ki, bəzi hallarda başgicəllənmənin səbəbini araşdırmaq çox vaxt aparır və bəzən ciddi səbərlər gözdən qaçır.
Vertiqonu səbəblərinə görə 2 qrupa bölürlər:
1. Mərkəzi başgicəllənmə - baş beynin müxtəlif xəstəlikləri və pozulması, məsələn zədə, qansızma, damar problemi, şişlər.
2. Periferik pozulma – daxili qulaq və vestibulyar aparatın zədələnməsi, xəstəlikləri, yaşlanma və s.
Eləcə də sistematik və qeyri-sistematik başgicəllənmələr olur.
Sistematik - əzələ, göz, qulaq, vestibulyar sistemlərdən birinin işində pozulma olanda
Qeyri-sistematik – neyrogen nevroloji problemlərdən – stress, qlükoza azlığı, şəkər, aclıq, dietalar, depressiya, yorğunluq və s.-dən qaynaqlanır
Ən uzun sürən, güclü və davamlı başhərlənmə beyin qansızması – insult zamanı olur, bu zaman gözlərdə görmə ikiləşir, güclü zəiflik olur, gəzəndə səntirləmə, danışıqda pozulma olur.
Beyin şişlərində tutma şəkilli gicəllənmə olur, zəifdən başlayıb güclənir, bədəni çevirəndə vəziyyətə uyğun dəyişir, birtərəfli baş ağrısı, birtərəfli karlıq ola bilir.