Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Güc və enerjini artıran qidalar

  • 2021.05.20 18:35
  • 4952 Baxış
Güc və enerjini artıran qidalar


Bəzi ərzaqlar idman və vitaminlərdən də üstün şəkildə fiziki gücü artırır.

Medicina.az xəbər verir ki, dietoloqlar 3759 insan üzərində aparılan elmi araşdırma nəticəsində enerji verən qidaları təsdiq ediblər.

Bu qidalar tərkibində çox miqdarda nitratlar olan ərzaqlardır.

Rukkola – kahı kimi salat yarpağıdır.

Bu qidanı çox yeyən insanlarda ayaqlar güclənir və onlar daha sürətlə gəzirlər. Eləcə də onlar az yorulur.

Çuğundur

İdmançılar üzərində aparılan tədqiqatda nitrarların təsiri çuğundur yeməklə yoxlanılmışdı. Adi çuğundurdu çoxlu miqdar təbii nitrartlar var. Çuğundur orqanizmdə oksid azotu artırır, bu da fiziki gücü yüksəldir.

Oksid azot əzələlərə qanın axınını artırır, təzyiqi salır, ürəyə düşən yükü azaldır.

Kələm və ispanaq

Hər gün 50 qram kələm və ispanaq yemək idmanı belə əvəz edə bilər.


Nitratlar ağız suyu ilə qana sovrulur. Ona görə də bu qidaları ağızda çox saxlayıb çeynəmək lazımdır.