Son zamanlar göz problemi əksər insanlarda müşahidə edilir. Xüsusilə də kompyuter arxasında çalışanların görmə qabiliyyətinin zəifləməsi məlumdur.
Bəs görmə zəifliyini necə bərpa etmək olar?
Medicina.az görməni yaxşılaşdıracaq təbii qarışımı təqdim edir:
4 ədəd kök
2 limon
2 çay qaşığı bal
Hazırlanması:
Kökü və limonu qabığı ilə birlikdə bir qaba rəndələyin. İçərisinə balı əlavə edərək, yaxşıca qarışdırın. Üzərini örtüb, soyuducuda yarım saat saxlayın. Gündə üç dəfə, yeməklərdən əvvəl bir qaşıq yeyin.