Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.
Medicina.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtda fəaliyyət göstərən "Grand Hospital"da baş verib. 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib.
Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Onu da bildirək ki, bir müddət əvvəl dekabrın əvvəlində sözügedən klinikada 20 yaşlı qız əməliyyat zamanı komaya düşərək vəfat etmişdi.
Qeyd edək ki, ötən gün Bakıda "MedEra" hospitalında 1977-cü il təvəllüdlü Anar Musa oğlu Hümbətov əməliyyat zamanı ölüb.