Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözünün ağını qaraya boyayan model kor oldu – FOTOLAR

  • 2020.03.03 16:28
  • 2055 Baxış
Gözünün ağını qaraya boyayan model kor oldu –  FOTOLAR

21 yaşlı model Aleksandra Sadovska 21 gözünün ağının qara rəngə boyamaq fikrinə düşür. Onu bu fikrə həvəsləndirən polşalı reper Popekin gözünün içini qapqara etməsi olub.

Medicina.az xəbər verir ki, Polşada yaşayan qız tatu ustasına müraciət edərək bu qəribə ideyasını həyata keçirir.
Qız elə bir tatu ustasına müraciət edir ki, o bu vaxta qədər gözün içində heç bir prosedur etməyib.

Xüsusi boyayıcı piqment əvəzinə qızın gözünün ağına adi tatu rəngi sıçradır.

Həmin vaxt dəhşətli yanma və ağrı hiss etsə də, tatu ustası bunu normal hesab edib və ağrıkəsici iç deyib.
Ötən 3 il ərzində Sadovskanın əvvəl sağ gözü kor olub, daha sonra sol gözü zəifləyir.

Həkimlər artıq çarəsiz qaldıqlarını bildirib. Çünki göz geridönməz şəkildə zədələnib.

Məhkəmə prosesi zamanı tatu ustası bütün məsuliyyəti müştərinin daşıdığını desə də, onun 3 ildən 5 ilə kimi cəza alacağı gözlənilir.

Gözünün ağını rəngləyən reper Popek də bu prosedurdan sonra səhəri ağrıların olduğunu və qorxudan, peşmançılıqdan ağladığını etiraf edib. Buna baxmayaraq, onun vaxtında həkimlərə müraciət etməsi görməsini saxlamağa səbəb olub.

Qeyd edək ki, dünyanın bir neçə ölkəsində gənclər arasında gözünün ağını tünd etdirənlər var.