Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözündən yaş əvəzinə şüşə düşən qızın sirri açıldı - FOTO

  • 2019.10.01 15:35
  • 6442 Baxış
Gözündən yaş əvəzinə şüşə düşən qızın sirri açıldı -  FOTO
Gözlərindən göz yaşı əvəzinə, kristal kimi bərk maddə düşən 22 yaşlı qızın alimlər tərəfindən müayinəsi başa çatıb.


Medicina.az xəbər verir ki, kristal parçalarının adi şüşə hissəcik olduğu məlum olub. Və bu damlalar orqanizmdə əmələ gəlmir. Qız bunu qəsdən edir. 


Elm sübut edib ki,  bu cür şüşənin isə insan orqanizmində əmələ gəlməsi qeyri-mümkündür.


Alimlər qızın fırıldağını üzə çıxardaraq, belə qənaətə gəliblər ki, o, "Münhauzen” sindromu adlı ruhi xəstəlikdən əziyyət çəkir.  Adətən, belə insanlar bir xəstəliyin əlamətlərini özlərində qəsdən yaradırlar. Üstəlik, qızın qeyri-adi bir xəstəliyi özündən yaratmaq üçün sağlamlığını riskə atması həkimləri təəccübləndirib.