Bir müddətdir, istər böyüklər, istərsə də uşaqlar arasında göz agenda və qapağında ləkə və şişliklər yaranması və yayılması halı artıb. Göz isə həssas nahiyə olduğundan, yaranan hər bir problem insanı təşvişə salır.
Bəs bu hallar nədən qaynaqlanır?
Medicina.az xəbər verir ki, daha çox uşaqların göz qapağında və göz ağında çıxan, el arasında çiban adlandırılan ləkələrin adətən bakterial və viral səbəbli olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə su çiçəyi, qızılca, herpes xəstəliyi göz bəbəklərində, bəzən buynuz qişalarında yaralara səbəb ola bilər:
Həddindən çox yorğunluq, halsızlıq, immunitetin kəskin aşağı düşməsi, yuxusuzluq nəticəsində də bu növ ləkələr yarana bilir. Belə halla qarşılaşan zaman təcili oftalmoloqa müraciət edilməlidir. Diaqnoz qoyulmalı və səbəbə görə müalicə edilməlidir.Viral kökənli infeksiyalarda orqanizmdə su çiçəyinin digər əlamətləri də görülə bilər. Bakterial səbəbli ləkələr zamanı isə sadəcə gözdə ləkələr görünür.
Oftalmoloq belə ləkələrin müalicə edilmədiyi təqdirdə ciddi fəsadlar törədə biləcəyini vurğulayıb.