Bu resept eynəklə belə zəif görən rusiyalı qadın tərəfindən sınanılıb və 20 ildir ki, xalq təbabəti dərgilərində çap edilir.
Görməsində problem olan insanlar tərəfindən sınanır. Hər bir reseptin hamıda mütləq effekt verəcəyini söyləmək çətindir, amma çıxış yolu olmadıqda və gözlərini xilas etmək istədikdə faydalı məsləhətlərdən yararlanmağa dəyər.
Xüsusilə reseptə daxil olan aloe (əzvay) orqanizm üçün çox faydalıdır və hüceyrələri bərpa edir.
Medicina.az dillər əzbəri olan həmin resepti təqdim edir.
Lazımdır:
Təzə əzvay şirəsi – 100 qr
Xırdalanmış qoz – 500 qr
Təmiz bal – 300 qr
Limon -3 ədəd
Hazırlanması:
Limonların şirəsi sıxılır.
Bütün ərzaqlar birlikdə blenderdə qarışdırılır. Bərabər kütləli sıyıq kimi qarışım alınmalıdır. Onu gündə 3 dəfə yeməkdən öncə 1 xörək qaşığı qəbul edin.
1 kurs 3 aydır.
Dərman şüşə bankada soyuduca 10-12 gün saxlanıla bilər. Sonra yenisini hazırlamaq lazımdır.