Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözlərin qocalması: Makulodistrofiya – Siqaret çəkənlərdə daha çox olur

  • 2019.08.08 18:43
  • 8661 Baxış
Gözlərin qocalması: Makulodistrofiya –  Siqaret çəkənlərdə daha çox olur
Makulodistrofiya – torlu qişanın mərkəzi hissəsi olan makulanın zədələnməsi, yaşlanması ilə bağlı göz xəstəliyidir.

Bu zaman görmə nəzərəçarpacaq dərəcədə zəifləyir. Xəstəlik kəskinləşdikcə 65 yaşdan sonra görmə əliliyinə səbəb olur. Ölkə əhalisinin 30-40%-də bu xəstəlik aşkarlana bilir.


Medicina.az xəbər verir ki, həkimlərin qocalıq dəyişikliyi adlandırdıqları Makulyar xəstəliyin səbəbləri hələ dəqiq məlum deyil. 

10 illik elmi tədqiqatlar göstərdi ki, makulodistrofiya 45-55 yaş arası insanlarda 5%, 70 yaşdan yuxarı insanlarda isə 46% rast gəlinir.

Digər səbəb isə əlbəttə siqaret çəkməkdir. Gənc yaşlardan sistematik siqaret çəkmə riski 2 dəfə artırır. 


Qan qohumluğundan genetik meyillik varsa, bu xəstəlik 50% hallarda yaranır. Daha çox qadınlar bu xəstəlikdən əziyyət çəkir. Avropa qitəsinin əhalisində yayılıb. 


Bİr sıra elmi araşdırmalar xəstəliyə yüksək təzyiq və lipid  mübadiləsinin təsirini öyrənir, ola bilsin, yüksək təzyiq də rol oynayır. 

Maraqlısı odur ki, makulodistrofiyalı xəstələrin qan analizində SOE həmişə yüksək çıxıb. S reaktiv zülal çox olan xəstələrdə bu göz problemi 27% daha çox aşkarlanır. Bir sözlə, orqanizmində ayrı-ayrı orqanlarında xroniki iltihabi prosesi olan insanın gözləri tez qocalır.

Torlu qişa lipidlərin, sərbəst radikalların çöküntüsündən çox asanlıqla zədələnir. 

Qocalan göz hüceyrələrində həll olmayan zülal və yağlar çökür. 


Müayinə


Müəyyən mərhələdə oftalmoloq ciddi müayinə zamanı makulyar sahədə ağ və sarı nöqtələr görür. Bu varsa, deməli xəstədə artıq quru makulodistrofiya başlayıb. 

Xəstəliyin neovaskulyar və ya eksudativ forması da var. yeni yaranmış xırda damarlar görmənin itiliyini azaldır. Bəzən bu damarlar genişlənib, dağıla da bilər. Bu zaman gözə qan sızır, bəzən büllurun içinə keçə bilir. Bu forma ən aqressiv formadır və kor olma ilə nəticələnir.


Simptomları:


İlk başda insanı heç nə narahat etmir. 

Sonradan predmetlerin konturunun itməsi, görmə itiliyinin azalması, oxumaqda çətinlik başlayır. 

Nəm formasında predmetlərin ölçüsünün dəyişməsi, sanki gözün önündə qara ləkə olmasından şikayət edirlər. Bu artıq torlu qişaya qan sızmadan xəbər verir. 


Oftalmoloq şikayətlərə uyğun görməni, gözü, göz dibini yoxlayır, göz təzyiqini ölçür. 

Göz dibinin mərkəzində hipo kütlələr görünə bilər. Qişanın qatları arasında maye və ya qan sızaraq yığılması görülür. Sonrakı dinamikada pasiyenti izləmək üçün fundus-kamera ilə göz dibinin fotosu çəkilir. Kağızda hətta xəstənin də özünün görə biləyəcəyi aydın görüntü çıxır. 


Dəqiq diaqnoz üçün mütləq optik tomoqrafiya edilməlidir. Lazer şüası qişanın bütün laylarını mikroskopik dəqiqliklə görüntüləyir. 

Yaş(nəm) forma makulodistrofiyanın təyini üçün angioqrafiya edilir. 


Müalicə


İlk başlayanda mülaicə tələb olunmur. Risk faktorunu aradan qaldırmaq lazımdır: xəstə siqareti tərgitməli, göz quruluğu ilə mübarizə aparmalı, gündən gözlərini qorumalıdır. 

Qidalanmada lütein və zeaksantin tərkibli qidalar olmalıdır. Sərbəst radiakalları orqanizmdən xaric etmək üçün xüsusi dieta, qidalanma və preparatlar təyin olunur. Siz narıncı və tünd yaşıl yarpaqları olan müyvə-tərəvəz bol yeməlisiz. 

Əgər gözlərin qocalması təhlükəsi varsa, insan gündə 6 mq lütein qəbul etməlidir. Əgər bunu qida ilə ala bilmirsizsə, hazır vitamin kapsulları atın. 

Nəm forma makulodistrofiyada əsas metod göz almasına xüsusi inyeksiyanın olunmalıdır. Bu dərman damarların böyüməsi, çoxalmasının qarşısını alır.

 

 

 

Xəstəliyin erkən təyini üçün Amsler testi çox rahatdır. 

Fotoya baxın

 


Damalı vərəqin ortasında bir nöqtə qoyub, kağızı 40 sm aralıdan tutub həmin nöqtəyə diqqətlə baxırsız. Eynək istifadə edənlər eynəklə baxsın. Bir gözünüzü əlinizlə bağlayıb, bir gözlə baxmalısız. Bu nöqtənin ətraf xətləri aydın, bərabər və küncləri qarışmamalıdır. Əgər aydın kənar, xətt görmürsüzsə, deməli, gözünüz qocalır və həkimə vaxtında müraciət etmək lazımdır.

Gözlərin qocalması: Makulodistrofiya –  Siqaret çəkənlərdə daha çox olur