Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözlərin ovxalanması hansı xəstəliklərdə olur?

  • 2023.06.01 15:55
  • 2752 Baxış
Gözlərin ovxalanması hansı xəstəliklərdə olur?
Adətən, səhərlər yuxudan oyandıqda, gözlərimizi ovxalamağa bir çoxlarımız adət etmişik. Normalda gözü ovuşdurmaq olmaz. Əlləri gözlərə çox sürtmək təhlükəlidir.


“Medicina” xəbər verir ki, oftalmoloqların sözlərinə görə, gözləri ovxalamağı göz sağlamlığı üçün çox ziyanlı hesab edirlər. Bunun nəticəsində buynuzlu qişa zədələnə, cızıla, gözdə iltihab yarana bilər.

Bundan əlavə, gözlərini tez-tez ovxalayan insanlarda keratokonus inkişaf edə bilər. Keratokonus zamanı buynuzlu qişa sürtülür, nazilir və konusvari forma alır.

Bu isə görmənin ciddi pozulmasına gətirib çıxarır ki, onu bir çox hallarda eynəklərin köməyi ilə korrektə etmək mümkün deyil. Müalicə olunmadığı halda, keratokonus korluğa səbəb ola bilər.

Gözləri ovxalamaq vərdişi həm də gözətrafı dərinin tez qocalmasına və qırışların əmələ gəlməsinə səbəb olur.

Gözünüzə yad cisim (toz, kirpik və s.) düşübsə, süni göz yaşı damcıları və ya adi qaynanmış su ilə gözünüzü yuyun.


Aynurə Məmmədova