Alimlər giləmeyvələrin gözlərə təsirini araşdırıb.
Bakupost.az xəbər verir ki, eksperimentdə 45-65 yaş arası 13 nəfər iştirak edib.
Təcrübədə onlar 3 ay ərzində hər gün 30 qram giləmeyvə qəbul ediblər.
Əvvəldə və sonda gözün müdafiə piqmentasiyasının sıxlığı ölçülüb.
Kaliforniya universitetinin alimləri godji meyvələrinin görmənin pisləşməsinin qarşısını aldığını müəyyən edib.
Alimlər həmçinin digər qrupda 14 könüllünü sınağa çəkib. Onlara 3 ay ərzində gözlər üçün olan müxtəlif BAD-lar verilib. Bu qrupun görməsində heç bir əlavə dəyişiklik olmayıb.
Alimlər bildirir ki, godji lütein və zeaksantin səviyyəsini artırır.
Bu iki piqment gözlərə antioksidant təsir edir, qocalarda görmənin itməsinin qarşısını alır.
Aygün Musayeva
BakuPost