Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözlərdəki bu problemlər ürəyin xəstə olduğunu göstərir - Uzman həkim

  • 2022.07.02 15:43
  • 2508 Baxış
Gözlərdəki bu problemlər ürəyin xəstə olduğunu göstərir   - Uzman həkim

Ürək orqanizmimizdə oksigeni qan vasitəsi bütün orqanlara çatdıran ən vacib əzələli orqandır. Ürəyimiz lazımi qayğını görmədikdə, damarlarımızda ərp yaranmağa başlayır ki, bu da gələcəkdə infarkt və arterial damarların tutulması kimi ciddi xəstəliklərin yaranmasına səbəb olur. Ürəyin sağlamlığı gözlərdə əks olunur.

Medicina,az xəbər verir ki, bunu ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev deyib.


- Müvəqqəti görmə itkisi. Ateroskleroz və ürək ritm pozğunluqlarında yarana bilər. Buna qan laxtasının göz damarına düşməsi səbəb olur.

- Bulanıq görmə. Nəzarətsiz yüksək təzyiq gözdəki damarları məhv edə və görmə pozğunluğuna səbəb ola bilər.

- Sarı ləkələr. Sarı ləkələr xolesterinin toplandığı lezyonlardır. Bu qrup insanlarda ciddi infarkt riski var.

- Göz ətrafında ödem. Ürək çatışmazlığı olan xəstələrdə göz ətrafında ödem inkişaf edə bilər.

Ürək çatışmazlığı, xüsusən də sağ ürək qapağı xəstəlikləri və ürək dəliklərində göz önə doğru qabara bilər.

- Retina qansızmaları və görmə pozğunluğu. Xüsusilə ürək qapağı infeksiyaları gözdə kiçik qanaxmalar şəklində özünü göstərə bilər.
- Gözün ağ hissəsində mavi. Gözün ağ hissəsində mavilik qanda oksigen çatışmazlığı əlamətidir. Xüsusilə uşaq və gənclərdə müşahidə olunan bu vəziyyət anadangəlmə ürək xəstəlikləri və ürək dəlikləri haqqında düşündürməlidir.


- Gözün önə doğru çıxması. Ürək çatışmazlığı, xüsusən də sağ ürək qapağı xəstəlikləri və ürək dəliklərində göz önə doğru qabara bilər.