Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözlərdə zəifliyə qarşı xurmalı resept - Həkimdən

  • 2022.09.30 15:14
  • 2357 Baxış
Gözlərdə zəifliyə qarşı xurmalı resept   - Həkimdən


Həkim-fitoterapevt Füzuli Hüseynov xurma, küncüt, qarazirə, keşniş toxumu qarışımı ilə bağlı paylaşım edib.


"Medicina" xəbər verir ki, həkim bu qarışımın göz xəstəliyi və görmə zəifliyinə effektiv olduğunu vurğulayıb.


Xurma - 1 kq,

Keşniş toxumu - 1 çay qaşığı,

Qarazirə toxumu - 2 xörək qaşığı,

Qara küncüt toxumu - 3 xörək qaşığı.

Fitoterapevtin sözlərinə görə, əvvəlcə toxumlar hamısı bir-birinə qarışdırılır, xurmaların tumları çıxarılır. Hər bir tumu çıxarılmış xurmanın içərisinə 1 dolu çimdik bitki toxumu qarışımı tökülür və üst-üstə yığılır. Bu qarışımdan gün ərzində nə qədər istəsəniz yeyə bilərsiniz. Qarışım adi çərəz kimi evdə hər kəs tərəfindən yeyilə bilər.

"Xurmalı qarışımdan bütün yaş qrupları olan insanlar istifadə edə bilər. Yalnız şəkər xəstələri gün ərzində 4-5 ədəddən çox istifadə etməməlidir. Hamilə xanımlar bu qarışımdan hazırlayanda qarazirə toxumunun yerinə çiçək tozu qarışdırıb hazırlamalıdır. Qarışım göz zəifliyi üçün, əsasən uzaq görmələrdə, halsızlıqda, zəiflikdə, təzyiq və qan azlığında, müxtəlif cərrahi əməliyyatdan sonra, vitamin və mineral çatışmazlığı mənşəli xəstəliklərdə, ürək ritminin az vurmasında, allergiyalarda, astmada, əzələ qıcolmalarında çox faydalıdır".

F.Hüseynov əlavə edib ki, qarışımı arıqlamaq üçün də istifadə edə bilərsiniz. Belə ki, qarışımı yemək əvəzi, məsələn, axşam yeməyi əvəzi yeyə bilərsiniz. Ümumiyyətlə, qarışım yeməkdən əvvəl yeyilərsə iştahı azaldır. Kökəlmək üçün bu qarışımı yeməkdən sonra yeyə bilərsiniz.

Aygün Musayeva