Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözəllik və sağlamlığınızı qoruyacaq – 5 içki

  • 2023.07.20 12:07
  • 2597 Baxış
Gözəllik və sağlamlığınızı qoruyacaq  – 5 içki

İnsan hər yeni günü enerji və canlılıq verəcək, bütün daxili orqanların və sistemlərin işini aktivləşdirəcək bir stəkan içki ilə başlamalıdır.

“Medicina” xəbər verir ki, qastroenteroloq İlya Nevrozov sağlamlığı qoruyan 5 içkini açıqlayıb.


Su. Oyandıqdan dərhal sonra otaq temperaturunda bir stəkan su bir çox xəstəliklərin və hətta depressiyanın qarşısını alır. Bu vərdiş sayəsində bədən daha incə olur, əhval-ruhiyyə yaxşılaşır. Bundan əlavə, su maddələr mübadiləsini aktivləşdirir, toksinləri çıxarır və hipertoniyanın qarşısını alır.

Alma sirkəsi ilə su. Bu vasitə bədəndəki pH səviyyəsini normallaşdırmağa kömək edəcəkdir. Nezvorovun sözlərinə görə, içki mədə-bağırsaq traktının işini aktivləşdirir. Yeri gəlmişkən, modelyer Viktoriya Bekhem günə belə su ilə başlayır.

Limonlu su. Bir neçə damcı təzə sıxılmış limon suyu sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Məsələn,immunitet sistemini gücləndirir, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır, toksinləri çıxarır,həzmi yaxşılaşdırır,yağları parçalayır,dəri rəngini yaxşılaşdırır və s.

Zəncəfil suyu. Zəncəfil içkisi yalnız səhər tezdən oyanmağa deyil, həm də iş enerjisini artırmağa kömək edir. İçki hazırlamaq sadədir: axşam doğranmış zəncəfilin üzərinə qaynar su alın və səhərə qədər qalsın. Yuxudan oyandığınız zaman içməyə hazır olacaq.

Kərəviz suyu. Səhəri həftədə ən azı 3 dəfə kərəviz şirəsi ilə açsanız, bir aydan sonra fiqurun incəldiyini, dərinin təmiz olduğunu, mədə-bağırsaq traktının saat mexanizmi kimi işlədiyini görəcəksiniz.

Günay Quluzadə