Masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.
Bu barədə məlumat Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilib.
Məlumatda qeyd edilir ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda adıçəkilən xidmət sahələri 2020-ci il 20 iyul tarixdən edibarən fəaliyyət göstərə biləcək.
"Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq".