Təkirdağın Çorlu ilçəsindəki gözəllik mərkəzində üzünə qulluq etdirdikdən sonra yanıqların yarandığını iddia edən xanım məhkəməyə şikayət etdi.
Medicina.az xəbər verir ki, 29 yaşlı Müge Gümşar ilçədə getdiyi gözəllik mərkəzindən şikayətçidir. Mərkəzdə üz və dərisinə qulluq etdirdiyini deyən xanım "Bir müddət sonra üzümdə qızartılar yarandı. Bundan sonra Çorlu Dövlət Xəstəxanasına getdim. Orada üzümdə 2-ci dərəcəli yanıqlar yarandığı öyrəndim. Plastik cərrahlar yaraların qulluq sırasında bəzi maddələrin düzgün istifadə edilmədiyindən yarandığını bildirdilər", - deyə əlavə edib.
Gümşar bu hadisədən sonra həmin gözəllik mərkəzini məhkəməyə verib.
Aygün Nəbiyeva