Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb - DİM

  • 2019.07.29 11:00
  • 3111 Baxış
Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb  - DİM
2019/2020-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.


Dövlət İmtahan Mərkəzindən (DİM) BakuPost-a verilən məlumata görə, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan I və II dərəcəli gözdən əlil abituriyentlər Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış, yaşadığı ərazi üzrə poliklinikadan "peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086) və "Abituriyentin elektron ərizəsi”ni iyulun 29-dan avqustun 16-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya Mərkəzin regional bölmələrinə təqdim etməlidirlər:


Qeyd edək ki, bu ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il 28 aprel tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.