Əksər insanlarda gözdə itdirsəyi deyilən problem yaranır. Bəzən isə bu hal tez-tez təkrarlanır.
Ən çox kimlərdə yaranır
Tez-tez yaranması nədən xəbər verir
İtdirsəyi göz qapağındakı kirpik hissəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.
Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının,burunun əlavə boşluqlarının iltihabi dişlərdə olan xəstəliklər,qurd invaziyalari,mədə bağırsaq sisteminin xəstəlikləri,şəkərli diabet fonunda yaranır.İt dirsəyinin müalicəsi antibiotik,steroid damcı və məlhəmlər vasitəsilə aparılır.
Lakin təkrarlanmasının qarşısını almaq üçün biotənzimləyici terapiyanı tətbiq edirik. Biotənzimləyici terapiyanın əsas prinsipi orqanizmi bütöv vəhdət halında qəbul etmək və müalicəni buna əsaslanaraq aparılmasıdır.
Effektiv və davamlı nəticə almaq üçün xəstəliyin tək özü deyil,onun səbəbləri də aradan qaldırılmalıdır. Biotənzimləyici terapiyanın əsas metodlarını tətbiq edərək orqanizmə ziyan vurmadan,bu səbəbləri aradan qaldırmaq mümkündür.