“Həkim, mənim gözümün içi durduğu yerdə qızarır, qan damır, damarlarım partlayır, hər gecə gözlərinə qan dolur”- oftalmoloqlara tez-tez bu suallar verilir və xəstələr qorxu ilə gəlir.
Bu sindrom gözləri kor etmir, amma səbəb nədir?
Gözlərin içində olan səthi damarlar dözmür, partlayır və göz ağına qan sızır. Qansızma nöqtəli və ya bütün gözü dolduracaq qədər ola bilər. Gözdə damarların partlaması an məsələsidir və çətin bir səbəb tələb olunmur, konyuktivitin kapilyarlarının divarı çox həssasdır.
Medicina.az damarların partlamasının səbəblərini təqdim edir:
- Qəfil əyilib qalxmaq
- Öskürək
- Güclü gülmə tutması
- Təzyiqin qalxması
- Ağırlıq qaldırma
- Hündürdən yıxılma
- Qusma, öyümə
- Qəfil qorxu və stres
- Gözlərin travması
- Baş beyin silkələnməsi
- Konyuktivit xəstəliyində
Az və nöqtəli qansızma bir neçə günə itir. Əgər 1 həftədən çox çəkirsə o zaman müayinə və müalicə lazımdır.
Göz üçün xüsüsi heparinli damcılar və mazlar var.
Əgər gözdə damcılar müntəzəm, tez-tez, insan oturduğu yerdə partlayırsa, burda ciddi səbəbi axtarmaq və bir neçə həkimə müraciət etmək lazımdır.
Buna səbəb:
- Şəkərli diabet
- Yüksək təzyiq
- Damarların tutulması
- Qanın laxtalanma problemi
- Anemiya
- Qan xəstəlikləri
- C vitamini çatışmazlığı
Salam həkim.Şəkər xəstəsiyəm.Gözümdə 1həftədi səhər yuxudan duranda gözümdə qansızma olur.Nədən olar?
60 yas.Seher duranda gozumde qan lekesi gordum neden ola bkler
Gozle bagll
Qızımın gözünə anidən qan sızıb nədən ola bilər
Salam, göz qanamanın səbəbi ağlamaq da ola bilər?
Mənim gözümün ağında qırmızı yəni qanda demək olar nöqtədən biraz böyük gözün qarasina yaxin üc bucaq şəkilində peyda olub bunu necə itirmək olar hansi dermanla vəya xalq təbabetiylə necə edek ki bu,qirmizi nöqte itsin.
Salam mənim 10 yaşım var neçə gündü gözümün birində qızartı vardı indi isə qan yığılıb səbəbini bilmək istəyərdim.əvvəllər belə olmuyub
Eseblewende gozde qan yaranmanin sebebi nedi?
8 yasli usagin gozunde aniden qan sizmasinin sebebi
Salam ,sag gozume qan sizib bunun sebebini deyerdiz ,aglamag bunun sebebi ola biler?
Salam həkim qizimin 11 yaşi var 1 hefteydi qripiydi mohkəm oskururdu gecə yatdi durdu birqefil gozunun iksidə qizardi bir gozunədə qan gəlib goz qapagnin altina topa qan gəlub o nədən ola bilər zəhmət olmasa məlumat vererdizdə
salam stres kecırmişem gozlerime qan dolub ciddi prablem ola bıler?
Salam
Xayis edirem hekim cavab yazardız suaalima
Hekim mən nenemin 71 yaşı var indi gözünde ağında qirmirizi qan var sanki göz ağın Qandi neynəmek olar