Gözdə itdirsəni sıxmaq, onun üzərinə sidik və müxtəlif məhlullar çəkmək olmaz. “İtdirsəyi” ilə ehtiyatsız davranışlar görməni zədələyə bilər.
“Medicina” xəbər verir ki, bu barədə oftalmoloq Vlada Hasanova bildirib.
Elmi dildə adı qordeolum olan kəskin iltihabi proses gözdaxili və xarici ola bilər.
“Xəstəliyin ilk 3 günündə ətrafı şişkin qızartılı sarı ləkə əmələ gəlir. Ən çox aşağı və üst kiprik diblərində olur. 4 gündən sonra irinin başı görünür və bu adətən, sızanağa oxşayır. Bu içi dolu sızanaq partlayandan sonra xoşagəlməz ağrı və simptomlar azalmağa başlayır.
Vacib məqam, itdirsəyini sıxıb çirkini çıxarmamaq, ora çirkli əl, dəsmal sürtməməkdir.
Belə ki, gözün üstündə çox incə birləşdirici toxuma yerləşir, siz itdirsəyini sıxanda içəridən irin bu toxuma ilə gözün daha dərinlərinə və hətta kəllə içinə kimi yayıla bilər. Bu isə beyin üçün təhlükəlidir”.
Aygün Musayeva