Əgər bir insanda əvvəldən gözaltı torbalanma olmayıbsa və birdən meydana çıxıbsa, müayinə olunmağa əsasdır.
“Medicina” xəbər verir ki, terapevt Viktor Lişin gözaltı torbaların bir neçə səbəbdən olduğunu bildirib.
“Bir çox insanların gözaltı anatomiyası anadangəlmə irsi torbalı və qaradır. Amma əgər qəfildən yaranıb, zamanla artırsa, deməli, orqanizmdə problem yaranıb.
Birinci növbədə böyrəklər, deməli onların funksiyası zəifləyib, maye orqanizmdən tam çıxmır və yayılır, bir nahiyədə yığılır. Gözaltı çuxur bunun üçün ən uyğun yerdir. Əslində böyrək ödemi bədənin çox yerində olur, sadəcə gözə dəyən üzdədir.
Eləcə də ürəklə bağlı problemlərdə, hətta ürək çatışmazlığında ola bilər.
Ürək tərəfindən qanın vurulması pozulanda artıq maye toxumalardan çıxmır, orda qalır və ödem yaranır.
Eləcə qadınlarda üz, gözaltı ödemin səbəbi qalxanvari vəzlə bağlı ola bilər.
Əgər 30 yaşdan sonra qəfildən gözaltı torbalar artdısa, bu 3 istiqamətdə yoxlanın”.
Aygün Musayeva