Bəzi xəstəliklərin əlaməti olaraq gözaltı şişkinliklərin meydana gələ bilir.
Medicina.az xəbər verir ki, bunu Prof. Dr. Suat Hayri Uğurbaş bildirib.
Onun sözlərinə görə, gözaltı torbalar son illərdə tez-tez rast gəlinən bir vəziyyətdir.
“Bəzi hallarda bədənin təbii quruluşu daxilində göz torbaları müşahidə oluna bilir. Bəzi insanların orqanizmi doğuşdan göz torbalarına meylli olur”, - həkim qeyd edib.
O, gözaltı torbaların digər səbəblərini də sadalayıb:
“Yaşlanma, yuxusuzluq, qeyri-kafi və balanssız qidalanma, spirt və siqaret istifadəsi gözaltı nahiyəyə təsir edə bilər. Ancaq burada şişkinliyin əmələ gəlməsi əsasən irsidir”.
Duzlu qidalanma və az su içməyin bədən dövriyyəsində mayenin azalmasına və toxumalarda maye yığılmasının artmasına səbəb olacağına diqqət çəkən professor bunları söyləyib:
“Göz altındakı torbalar xəstələri yorğun və yuxusuz göstərir. Gözlər altında şişkinlik bəzi sistem xəstəliklərinin əlaməti olaraq baş verə bilər. Bunlara ürək-damar sistemi və böyrək xəstəlikləri daxildir. Bu vəziyyət xəstəliklə əlaqədardırsa və son zamanlarda şişkinlik artıbsa; ayaqlarda, xüsusən də ayağın aşağı hissəsində ödem dediyimiz su yığılması da müşahidə edilməlidir. Bu hal ürək və ya böyrək çatışmazlığının əlaməti ola bilər. Bu zaman sistemli müayinə və qiymətləndirmənin aparılması məqsədəuyğundur”.
Uğurbaş gözaltı torbalarından qurtulmağın bir çox üsulunun olduğunu diqqətə çatdırıb. O, cərrahi müdaxilə, dolğu və mezoterapiya tətbiqlərinin, hətta lazer müalicəsi kimi fərqli variantların olduğunu vurğulayıb.
Aysel