Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gözaltı qaralardan qurtulmağın 4 yolu - Evdə özün hazırla

  • 2022.10.25 12:58
  • 1892 Baxış
Gözaltı qaralardan qurtulmağın 4 yolu -  Evdə özün hazırla
Stress, yuxusuzluq və düzgün qidalanmamaqdan yaranan göz altındakı qara dairələrin səbəbi müxtəlifdir.


Yaşı irəliləyən qadınların ən çox rastlaşdığı problemlərdən biridir göz altındakı qançırlar. Sağlamlıq baxımından olmasa da, estetik baxımdan bu, insanda narahatlıq yaradır.


Yuxusuzluq, anemiya, dəmir çatışmazlığı, burun əməliyyatı, yorğunluq, həddindən artıq duz qəbulu, mensturasiya dövrü, yaşlanma və daha bir çox səbəblər göz altında qaralmalar əmələ gətirir.

Bakupost.az gözaltı qaralardan qurtulmağın yollarını təqdim edir:


SAĞLAM YUXU ÇOX ÖNƏMLİDİR


Göz altında qara dairələrin səbəbi qeyri-sağlam və qeyri-kafi yuxu ola bilər. Göz altındakı qara dairələr üçün yuxu keyfiyyətiniz önəmlidir. Başınızın altına qoyduğunuz əlavə yastıqları çıxarmaq göz altındakı qançırlar və şişkinliyi azaltmağa kömək edə bilər. Arxa üstə yatmağa çalışın.


YAŞIL ÇAY İLE KOMPRESS


Evdə rahatlıqla tətbiq edə biləcəyiniz bəzi təbii üsullarla qançırlardan xilas ola bilərsiniz. Xüsusilə özünüzü yorğun və yuxusuz hiss etdiyiniz günlərdə içdiyiniz yaşıl çay paketlərini atmadan gözlərinizin üstünə qoyun və 10 dəqiqə gözləyin. Tərkibindəki antioksidantlar sayəsində yaşıl çay gözlərinizi rahatlaşdıracaq və qara dairələr üçün ən yaxşı təbii həll yolu olaraq sizi bu problemdən xilas edəcək.


KARTOF MASKASI


Kiçik bir kartofu sürtgəcdən keçirin. Sonra 1 qaşıq zeytun yağı və 1 qaşıq süd əlavə edib yaxşıca qarışdırın. Hazırladığınız qarışığı makiyaj pambığının üzərinə sürtün və pambığı gözlərinizin üstünə qoyun. Təxminən yarım saat saxlayın. Üzünüzü ilıq su ilə yuyun.


XİYARDAN İSTİFADƏ EDİN


Xiyar yorğun gözlərinizə faydalı ola bilər və şişkinliyi azaltmaqda təsirlidir. Xiyarı dilimləyib göz qapaqlarınıza qoya bilərsiniz. Xiyarın tərkibindəki su və C vitamini ilə dərini qidalandırmaq və nəmləndirmək olar. Bundan əlavə, xiyarın tərkibindəki silisium maddəsinin sağlam toxumalar üçün əhəmiyyətli yeri var.