Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Göz xəstəlikləri ilə bağlı 37181 əməliyyat həyata keçirilib

  • 2019.08.19 14:28
  • 3768 Baxış
Göz xəstəlikləri ilə bağlı 37181 əməliyyat həyata keçirilib
2018-ci ilin sonuna olan məlumata görə, göz və gözün əlavə aparatının xəstəlikləri  üzrə müalicə-profilaktika müəssisələrində  qeydiyyatda olan xəstələrin sayı 78529 nəfər olub. Medicina.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 40534 nəfəri kişi, 37995 nəfəri qadın, 28234 nəfəri isə uşaqdır. Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, görmə orqanlarında 37181 əməliyyat aparılıb. Əməliyyatlardan 730-u qlaukoma, 10487-si katarakta (mirvari suyu), 52-si enukleasiya ilə əlaqədar olub. Məlumata əsasən, gözün buynuz qişasının  transplantasiyası üzrə 12 əməliyyat həyata keçirilib.