Orqanizmimizin dünyaya açılan pəncərəsi olan gözlərimiz bir çox xəstəliyin xəbərçisidir. Günümüzün xəstəliyi olan xərçəng bu xəstəliklərin başında dayanır. Ümumi göz və göz dibinin müayinəsində xərçəng riski olub olmadığını asanlıqla aşkarlamaq mümkündür. Qəlbimizin aynasının sağlamlığı qorumaq isə olduqca vacibdir.
Medicina.az bu istiqamətdə faydalı məlumatları təqdim edir:
Göz xərçəngi göz və göz çuxurunda əmələ gələn müxtəlif növ xərçənglərin ümumi adıdır. Xərçəng gözün üstündə, göz çuxurunda, göz almasında, göz yaşı axarında, konyuktivada əmələ gələ bilir.
Xəstəlik ən çox 50-75 yaşlarında olan adamlarda rast gəlinir.
Xəstəliyin əmələ gəlməsində rolu olanı faktorlar:
- sənaye zəhərlənmələri və pis hava
- irsi faktor
- ultrabənövşəyi şüalanmarın təsiri
- ağır metal duzları və kimyəvi maddələrin gözlərə təsiri
- AİDS xəstəliyi
Gözün xərçəng xəstəliyi morfoloji xüsusiyyətlərinə görə bədxassəli olur.
Klinikası:
Gözün xərçəng xəstəliyi zamanı şiş toxuması göz dibindən başlayaraq gözün mərkəzinə doğru inkişaf etməyə başlayır. Şiş toxuması gözdə sarı rəngli ləkə kimi görünür.
Xəstəliyin əlamətləri:
- bulanıq görmə
- ani və müvəqqəti korluq
- baxış zamanı gözdə hərəkətli nöqtə və cizgilər
- göz bəbəyində meydana çıxan sarı ləkə
- gözün dəbərməsi
- göz hərəkətlərində dəyişikliklər
- gözdə qızarma və şişkinlik
- işığa qarşı həssaslıq
Süd vəzisi, ağciyər, prostat, qan, yumurtalıq xərçəngi, gündəlik göz müayinəsi zamanı gözləriniz sadəcə miopiya, hipermetrop, çəplik kimi narahatlılıqları deyil, başda xərçəng xəstəliyi olmaqla, bir çox xəstəlik barədə də ipucu verir.
Göz xərçəngi adı altında xərçəngin bu növləri durur:
– göz xərçəngi melanoma
– göz daxili limfoma
– uşaqlarda əmələ gələn retinablastoma
– hemangioma
– göz qapağının karsinoması
– göz yaşı vəzinin xərçəngi
Xəstəliyə tutulmaq üçün aşağıdakı adamlar risk altındadır:
- gözləri rəngli olanlar
- yaşlılar
- AİDS xəstələri
- orqan transplantasiya olunan adamlar
Xəstəliyin müalicəsi cərrahi yolla aparılır. Xəstəyə radioterapiya və kimyaterapiyası aparılır. Göz xərçəngi diaqnozu vaxtında qoyulması zamanı təsirli nəticə əldə etmək olur. Bu istiqamətdə ənənəvi göz müayinələri edilir. Əgər hər hansı şübhə doğuran nəticə varsa diqqətə alınır. Ağciyər xərçəngindən süd vəzisi xərçənginə qədər bir çox xərçəng növünün gözün müayinəsi zamanı aşkar edilir. Bu zaman erkən diaqnoz qoymaq da mümkün olur.
Ayna Məmmədova
Medicina.az